Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin “iPhone 8”i "Apple"dən qabaq satışa çıxardı

Çində hələ anons edilməmiş “iPhone 8” smartfonunun klonu yaradılıb. 

İKT.lent.az-ın “360tv.ru” saytına istinadən məlumatına görə, artıq Çin smartfonunun sınaq videosu şəbəkəyə sızdırılıb. 

Bu cihaz “Android 6” əməliyyat sistemi ilə işləyir. Onun interfeysi isə tam olaraq iOS əməliyyat sisteminin əslinə oxşayır. 

İstənilən arzu edən şəxs bu cihazı cəmi 100 dollara əldə edə bilər. Videoya görə, smartfon bir sıra çatışmazlıqlara malikdir. Belə ki, kameralardan birinin yerinə dəlik quraşdırılıb.  

Xatırladaq ki, bu ilin payızında “Apple”in illik təqdimatında yeni “iPhone 8” təqdim olunacaq. Gözlənilir ki, yeni smartfonda 5,8 düym həcmində 521 ppi tam pikselli OLED displey quraşdırılacaq. Şayiələrə görə, cihaz simsiz enerji doldurulması ilə təchiz ediləcək. 

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018