Bu bölmə Bakcell tərəfindən təqdim olunur

KFC və “Huawei” brend smartfon istehsal edəcəklər

KFC və “Huawei” şirkətləri müştərək olaraq brend smartfonlar partiyası istehsal edəcəklər. 

İKT.lent.az-ın Thenextrex.com saytına istinadən məlumatına görə, bu qərarı şirkətlər Çin bazarındakı fəaliyyətlərinin 30 illiyinin bayramla qeyd edilməsi ilə bağlı qəbul ediblər. 

Cihaz limit tirajla istehsal ediləcək. Cihazın arxa qapağında iki loqotip birdən yerləşdiriləcək. Bunlar da təbii ki, KFC və “Huawei” loqotipləri olacaq. Eksklüziv cihaz üçün istehlak bazarı Çin olacaq. Smartfonun digər ölkələrdə satılıb-satılmayacağı hələlik məlum deyil. 

Qeyd etmək lazımdır ki, KFC və “Huawei” korporasiyaları bu gün Çində ən iri şirkətlər hesab edilir.

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018