Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bloomberg”: “Kasperski Laboratoriyası” FSB ilə əlaqəlidir

“Kasperski Laboratoriyası” Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) üçün xüsusi texnologiyalar hazırlayıb və hakerlər barədə məlumatları kəşfiyyata təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik öz məlumatında laboratoriyanın rəhbəri Yevgeni Kasperskinin 2009-cu ildə şirkətin rəhbərliyinə göndərdiyi məktuba istinad edib. Məktubda FSB-nin “böyük xahişi” ilə aparılan məxfi layihədən bəhs olunur.

 

Söhbət nəinki haker hücumlarından müdafiə olunmaqdan, eyni zamanda hakerlərin ünvanlarını müəyyən etməyə imkan verən proqram təminatının yaradılmasından gedir. Bu proqram sayəsində hakerlərin müəyyən olunmuş ünvanlarında hüquq-mühafizə orqanları və kəşfiyyat tərəfindən reydlər keçirilib.

 

“Bloomberg” bildirir ki, Y. Kasperski bu proqramı şirkət əməkdaşlarından gizli saxlayıb. Lakin “Kasperski Laboratoriyası” kəşfiyyatla hər hansı əlaqəsinin olmadığını bəyan edib.

 

Qeyd edək ki, Tramp administrasiyası ABŞ dövlət qurumlarının “Kasperski Laboratoriyası”nın məhsullarından istifadəsini dayandırıb.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017