Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” robot-jurnalist layihəsinə sərmayə yatırdı

Böyük Britaniyanın “Press Association” xəbər agentliyi “Google”dan robot-jurnalist layihəsi üçün 800 min dollardan çox maliyyə vəsaiti alıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Radar” adlanan layihə çərçivəsində xəbərləri robotların yazması nəzərdə tutulub. Güman edilir ki, robot jurnalistlər ay ərzində yerli KİV üçün 30 mindən çox xəbər hazırlaya bilər. Layihəyə 2018-ci ildə start veriləcək.  

 

Hazırda layihə üzərində 5 nəfər işləyir. Onlar açıq mənbələrdən alınan və tibb, kriminal, məşğuluq və digər sahələrə aid olan xəbərləri avtomatlaşdırmağa çalışır.

 

“Radar” yerli qəzet və saytların reklam və digər gəlirlərin azlığı şəraitində fəaliyyət göstərməsinə yardın edəcək. İnsanlardan tam imtina nəzərdə tutulmur, onlar xəbərləri redaktə etməyə davam edəcək.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017