Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” “Windows Phone 8.1”ə dəstəyi dayandırdı

“Microsoft” korporasiyası “Windows Phone 8.1” əməliyyat sistemini dəstəkləməyi dayandırıb.

 

İKT.lent.az-ın “The Verge” saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, milyonlarla cihaz bu sistemlə çalışmağa davam edir.

 

“Windows Phone 8”in yenilənməsi sonuncu dəfə 3 il əvvəl baş verib və “Cortana” virtual assistentinə dəstək, dizayn dəyişikliyi və digər yeniliklər formasında gerçəkləşib. Lakin bu sistem “Android” və “iOS” əməliyyat sistemlərinə rəqabət təşkil edə bilməyib, bu səbəblə “Microsoft” şirkəti “Lumia” brendi ilə öz smartfonlarını buraxmağı dayandırıb.

 

“Microsoft” hələ ki “ОС Windows 10 Mobile”ı dəstəkləməyi davam etdirir, lakin son vaxtlar hər hansı yeni funksiya tətbiq olunmayıb.

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018