Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” yunan texnoloji şirkətini aldı

Cənubi Koreyanın “Samsung” korporasiyası nitqi tanıma üzrə texnologiya işlənib hazırlanması ilə məşğul olan yunan şirkəti “Innoetics”i satın alıb.

 

İKT.lent.az-ın “TechCrunch”a istinadən verdiyi xəbərə görə, sövdələşmənin miqdarı 40 milyon avro təşkil edə bilər. Yunan şirkətinin hazırladığı texnologiya danışığı tanımağa və yadda saxlamağa, eləcə də onu mətnə çevirməyə imkan verir.

 

Xatırladaq ki, 2016-cı ildə “Samsung” süni intellekt bazasında səs köməkçisi işləyib hazırlayan “Viv Labs” şirkətini 215 milyon dollara satın alıb. Daha əvvəl bu şirkət “Apple” üçün “Siri” səs köməkçisi funksiyasını yaradıb.

 

Qeyd edək ki, “Samsung”un smartfon bazarında gəlirləri güclü rəqabət üzündən azalmaqdadır.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017