Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Android”də “Təşviş düyməsi” aşkar edildi 

“Android 7.1” mobil əməliyyat sisteminin istifadəçiləri “təşviş düyməsi”ni aşkar ediblər. 

İKT.lent.az-ın “Bleeping Computer” resursuna istinadən məlumatına görə, bu rejim dərhal təhlükəli əlavəni söndürməyə imkan verəcək.

Əldə edilən məlumatlara əsasən, bu rejim “geriyə” düyməsini 4 dəfə cəld sıxmaqla aktivləşir. Nəticədə istifadəçi əlavə söndürüləndən sonra dərhal əsas ekrana keçid alır. 

Öz növbəsində “Google” hələlik bu funksiyanı elan etməyib. “Təşviş düyməsi” sınaq mərhələsindədir. Bu isə o deməkdir ki, bu funksiya yalnız bəzi “Android” istifadəçilərinin istifadəsinə verilib. 

Xatırladaq ki, bundan əvvəl “Kasperski Laboratoriyası” “Android” istifadəçilərinə yeni virus barədə xəbərdarlıq edib. Bu virus kibercinayəkarların qurbanlarının pullarını mobil bank vasitəsilə hesablarından köçürür. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017