Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İlon Mask X.com domenini “PayPal”dan aldı

İlon Mask yenidən X.com domeninin sahibi oldu. 

İKT.lent.az-ın “Engadget” nəşrinə istinadən məlumatına görə, bu domen əvvəllər onun tərəfindən yaradılmış eyniadlı şirkətə məxsus olub. Sonradan isə bu şirkət “Confinity” şirkəti ilə birləşib və “PayPal” adlanmağa başlayıb. Nəticədə Mask qəşəng adı olan domensiz qalıb. 

Ancaq bununla belə, bu günlərdə onu geri ala bilib. Bu barədə “Tesla” şirkətinin rəhbəri özünün “Twitter” səhifəsində məlumat verib.  
 
Maskın bu alış-verişinin neçəyə başa gəldiyi və hansı məqsədlər üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Ancaq istiqamət olaraq mənbə Z.com domenini misal olaraq gətirir. Bu domen üç il öncə 6,8 milyon dollara satılıb.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017