Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” korlar üçün xüsusi əlavə yaratdı

“Microsoft” korporasiyası xüsusi ehtiyacları olan istehlakçılara qayğı göstərib və gözdən əlil, həmçinin zəif görən insanlar üçün əlavə yaradıb. 

İKT.lent.az-ın Telegraph.co.uk saytına istinadən xəbərinə görə, bu əlavə “Seeing AI” adlandırılıb və hazırda ancaq ABŞ-dakı “iPhone” üçün “App Store”də istifadə üçün mümkündür. 
 
Əlavə zəif görən insanlar üçün əşyaları tanımağa kömək edəcək. Adıçəkilən əlavədən istifadə etmək məqsədilə istifadəçi tanınması üçün müəyyən obyekti daxil etməlidir. Bundan sonra kamera açılacaq və istifadəçi ona lazım olan obyekti tapacaq. Bu zaman əlavə insanın qarşısında olan əşyanın nə olduğunu izah etməyə başlayır. 
 
Əlavə hətta kor insana müsahibini “görməyə” də kömək edəcək, onun xarici görkəmi - bığlarının, eynəyinin və saqqalının olub-olmaması barədə danışacaq. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017