Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Asus”un maliyyə göstəriciləri pisləşdi

“Asus” şirkəti cari ilin ikinci rübünün hesabatını açıqlayıb.

İKT.lent.az-ın “DigiTimes” resursuna istinadən məlumatına görə, iyun ayında şirkətin gəlirləri 1,3 milyard dollar olub ki, bu da may ayının göstəriciləri ilə müqayisədə 24 faiz çoxdur. Bir illik rəqəmlərə nisbətdə isə bu göstərici 8 faiz azdır. 

Bir rüb ərzində “Asus” 3,25 milyard dollar gəlir əldə edib. Bu da birinci rübdəki göstəricidən 10 faiz az, bir il öncəki rübün eyni dövrü ilə müqayisədə isə 6 faiz azdır.

Mənbə göstəricilərin azalmasını smartfon və noutbukların satışının azalması, komponentlərin qiymətinin artması və valyuta məzənnəsinin dəyişməsi ilə izah edir. Bununla belə, “Asus” üçüncü və dördüncü rüblərdə vəziyyətin yaxşılaşacağına ümid edir. Bu isə mövsümi faktorlar, yeni məhsulların və rentabelliyin artması ilə bağlı olacaq.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017