Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Gartner” kompüter bazarının liderini açıqladı

“Gartner” analitik şirkətinin mütəxəssisləri 2017-ci ilin ikinci rübündə masaüstü kompüter bazarına aid hesabat hazırlayıblar. 

İKT.lent.az-ın məlumatına görə, “Gartner” mütəxəssislərinin hesablamalarına əsasən, hesabat dövründə 61,1 milyon ədəd hazır masaüstü kompüter satışa çıxarılıb. Bu, ötən ilin ikinci rübünün göstəricilərinə nisbətdə 4,3 faiz azdır. 

İddia edilir ki, bu bazar 11 rüb ardıcıl olaraq azalmaqda davam edir. Bundan başqa, cari ildəki tədarükün həcmi 2007-ci ildən bu yana ən aşağı səviyyədə olub. 

“Gartner” mütəxəssisləri HP şirkətini masaüstü kompüterlər bazarının lideri elan edirlər. Rüb ərzində bu istehsalçı 12,690 milyon ədəd masaüstü kompüter tədarük edə bilib ki, bu da bazarın 20,8 faizinə bərabərdir. 

İkinci yerdə 12,188 milyon ədəd kompüter tədarük etmiş “Lenovo” şirkəti gəlir. Bu rəqəm isə müvafiq olaraq bazarı 19,9 faiz payına bərabərdir.

 

Qeyd edək ki, bir il öncə “Lenovo” 20,8 faiz bazar payı ilə birinci yeri, HP şirkəti isə 19,2 faiz bazar payı ilə ikinci tuturdular.

İlk üçlüyü “Dell” şirkəti qapayır. Bu istehsalçı bir il ərzində tədarükünü 9,421 milyondan 9,557 milyon ədədə qədər artıra bilib. Bu isə bazarın azalması şəraitində şirkətin bazar payının 14,7 faizdən 15,6 faizə qədər artmasına gətirib çıxarıb.  

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017