Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple HomePod” “Apple Watch”dan daha populyar oldu 

Aparılan sorğuya əsasən, “ağıllı” “HomePod” səs gücləndiricisi istifadəçiləri satış ərəfəsində “Apple Watch”dan daha çox maraqlandırır. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, analitiklərin məlumatına əsasən, “iPhone” istifadəçilərinin 14 faizi “HomePod” almağa hazırdırlar.

 

“Apple Watch”un anonsundan sonra keçirilən buna bənzər sorğunun nəticələri göstərib ki, yalnız “iPhone” sahiblərinin 7 faizi yenidən “Apple”in “ağıllı” saatlarını əldə etmək niyyətində olduqlarını bildiriblər.

Analitiklər bildirirlər ki, “Beats” səsgücləndiricisini əldə etmək istəyən istifadəçilərin ümumilikdə 5 faiz təşkil edir. “Apple” ABŞ-da olduqca yaxşı tanınmış “Amazon Echo” smart səsgücləndiricisini də qabaqlaya bilib. Hazırda “Apple” sahiblərinin 16 faizi onunla maraqlanır. 

İyun ayında keçirilən digər sorğunun nəticələri göstərib ki, rəyi soruşulan 2200 nəfərin 33 faizi “HomePod”la maraqlanır, ancaq onlardan yalnız 9 faizi onu əldə etmək niyyətindədirlər. Daha yeni təhlillər isə göstərib ki, “HomePod” almaq istəyən “Apple” texnikası istifadəçilərinin sayı 17 faizə qədər artıb. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017