Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İlon Mask X.com-u anons etdi

Multimilyarder İlon Mask növbəti dəfə cəmiyyəti təəccübləndirib.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, Mask özünün "Tvitter" səhifəsində X.com saytının işə salınacağını anons edib.

 

Hazırda həmin sayt ağ rəngdə açılır. Saytın gün ərzində işə salınacağı gözlənilir.

 

Qeyd edək ki, bu domen əvvəllər İlon MAsk tərəfindən yaradılmış eyniadlı şirkətə məxsus olub. Sonradan isə bu şirkət “Confinity” şirkəti ilə birləşib və “PayPal” adlanmağa başlayıb. Nəticədə Mask qəşəng adı olan domensiz qalıb. Ancaq bununla belə, bu günlərdə onu geri ala bilib. Maskın bu alış-verişinin neçəyə başa gəldiyi və hansı məqsədlər üçün istifadə ediləcəyi barədə məlumat verilmir.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017