Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü

"WhatsApp"a yeni funksiyaları əlavə edən yenilənmə gəlib.

 

İKT.lent.az-ın xəbərinə görə, artıq bu messencer vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Bundan əlavə, yazılmış mətnin tərzini də dəyişmək olar.

 

Əvvəllər "WhatsApp" vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İçində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür.

 

Əgər istifadəçi bir dəfəyə bir neçə fayl göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluğa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir.

 

Həmçinin zənglər ekranı da dəyişib. Bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017