Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Amazon” özünün yeni messencerini yaradır

ABŞ-ın “Amazon” internet şirkəti özünün “Anytime” adlanan şəxsi messencerinin formalaşdırılması üzərində iş aparır. 

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumata görə, hazırda istifadəçilər “Amazon” tərəfindən məlumatların mübadiləsi xidməti barədə keçirilən sorğuda iştirak edirlər.

Bildirilir ki, “Anytime” özündə çoxfunksiyalı xidməti birləşdirəcək. Xüsusilə də müştərilərə şəkillərin emal edilməsi üçün filtrlər və maskalar təklif ediləcək. Həmçinin orada musiqili kompozisiyaları dinləmək və yemək sifariş etmək üçün funksiyalar olacaq. 

Bundan başqa, istisna edilmir ki, messencer mobil telefonların nömrələrinin qeyd edilmədən əlaqə siyahısına əlavə edilməsi funksiyasına da malik olacaq. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017