Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “iPhone 8”-i vaxtında buraxmaq üçün on milyonlarla pul ayırdı

“Apple” şirkəti yubiley “iPhone 8” smartfonunu yaratmaq üçün on milyonlarla dollar vəsait ayırıb.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən xəbərinə görə, bu onun üçün edilib ki, cihazı vaxtında satışa çıxarmağa çatdırsınlar. 

Koreya mənbələrinə əsasən, “Apple”in rəsmi nümayəndələri unikal avadanlıq əldə ediblər. Onun köməyi ilə tərtibatçılar müstəqil olaraq smartfonu digər mikrosxemlərlə birləşdirəcək əyilən çap platası yarada biləcəklər. 

Bundan əvvəl “Apple” üç tədarükçü şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb. Ancaq onlardan biri müqaviləyə xitam verib. Artıq korporasiya yeni tərəfdaş axtarışına çıxıb. Bildirilir ki, bu da Koreya şirkəti olacaq. 

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017