Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu ilin ən gözlənilən 7 smartfonu - REYTİNQ

Müxtəlif ölkələrdən olan nüfuzlu mütəxəssislər qrupu 2017-ci ilin ikinci yarısından sonra ən gözlənilən 7 smartfonun özünəməxsus reytinqini tərtib edib. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, maraqlıdır ki, bu reytinqdə ilk üç yeri dərhal “Apple”nin yenilikləri tutub.

 

Bu il keçirilən illik konfransında Kupertinyodan olan şirkətin nümayəndələri sentyabr ayında özlərinin “iPhone 7S”, “iPhone 7S Plus” və “iPhone 8” kimi yeniliklərini təqdim etmək istəyirlər. Xüsusi ajiotajı bütün dünyada təbii ki, sonuncu model yaradacaq. 

Həmçinin reytinqdə Cənubi Koreya istehsalçısının “Samsung Galaxy Note 8”, yeni “Xiaomi Pro 7” yer tutublar. Siyahıya “Google” şirkətinin istehsalı olan iki - “Pixel” və “Pixel XL” smartfonları, həmçinin “Meizu Pro 7” smartfonları da daxil edilib.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017