Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”dan daha bir yenilik

Populyar “WhatsApp” messenceri öz əlavəsində “YouTube” videolarını dəstəkləməyə başlayacaq. 


İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar. 

Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Video çarxlar birbaşa olaraq əlavədə açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır. 

Bu beta versiyanın istifadəçiləri “YouTube” çarxını fasiləsiz istifadə edərək bu videonun pəncərəsinin həcmini dəyişə, onu tam bağlı və ya tam həcmli ekranlı rejimdə göndərə də biləcəklər. Ancaq bu funksiya hələlik ancaq iOS əməliyyat sistemi ilə işləyən, “iPhone 6” cihazlarından başlayaraq daha yuxarı versiyalarda istifadə üçün yaradılıb. 

“Android” və ya “Windows Phone” əməliyyat sistemi ilə işləyən cihazlar hələlik yeni imkanlardan istifadə edə bilməyəcəklər. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017