Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Aliexpress”dən bunları almayın!

Ucuz qiymətlər və məhsulun böyük seçimi heç də hər zaman o demək deyil ki, alıcı məhz gözlədiyini əldə edəcək. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən xəbərinə görə, bəzi hallarda pul və məhsulu da itirmək mümkündür. 

Çinin “Aliexpress” saytındakı kifayət qədər ucuz qiymətlər şəbəkə istifadəçilərini cəlb edir və onlar daha çox lazımsız alış-verişlər etməli olurlar. Ancaq “Aliexpress”də hansı məhsulların alış-verişini etməkdən qaçmaq lazım olduğunu bilmək vacibdir. İlk növbədə bu, prezervativlər və doğuş əleyhinə olan dərmanlardır. Onların ardınca isə keyfiyyətsiz telefonlar və onların komplektləri gəlir. 

Həmçinin flaş kartlar, qulaqcıqlar, ucuz geyimlər və ayaqqabılar, həmçinin keyfiyyəti şübhə yaradan bər-bəzək almağa dəyməz. “Aliexpress”dən gömrükdən keçməyəcək məhsulları da sifariş etmək məsləhət deyil. Bu, alkoqol, tütün məmulatları, silah, döyüş silahları, heyvanlar, idman qidaları və casus cihazlarıdır. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017