Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada “iPhone 7” satışı tarixi minimuma endi 

Rusiyada “iPhone 7” smartfonlarının satışı tarixi minimuma enib. 

İKT.lent.az-ın “İzvestiya” qəzetinə istinadən məlumatına görə, mütəxəssislər bunu “Apple” şirkətinin yeni modeli olan və bu ilin payızında təqdimatı nəzərdə tutulan “iPhone 8”-in anonsu ilə əlaqələndirirlər. 

Qeyd edilir ki, smartfonların qiymətinin ciddi şəkildə ucuzlaşsa da, satışlar kəskin azalıb. Cihazın yeni versiyasının gözləntisi ilə mağazalar ötən ilki flaqmanı əvvəlki qiymətindən 30 faiz dəfə ucuz qiymətə satırlar. Belə ki, 256 Gb daimi yaddaşa malik “iPhone 7 Plus” smartfonu 53 min rubl və ya 901 dollar qiymətə başa gələcək. 

Məlumata görə, “Apple” şirkətinin yeddinci versiya smartfonlarının qalıqları Rusiyaya qeyri-qanuni gətirilir. Bu da onları “Apple” mərkəzlərində xidmətini və təmirini mümkünsüz edir.

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017