Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” yaxın 3 ildə bütün ölkələrdə satılacaq

“Xiaomi” şirkətinin böyük vitse-prezidenti Van Syan bildirib ki, onun şirkəti cəmi 3 il müddətində 2 000 mağaza açmağı planlaşdırır. 
 
İKT.lent.az-ın “iLenta.com” saytına istinadən məlumatına əsasən, top-menecer bildirib ki, 1000 pərakəndə mağaza Çində açılacaq. Digər hissəsi isə dünyanın digər ölkələrində işə salınacaq.

 

Van Syan qeyd edib ki, şirkət bazarın qlobal oyunçusu olmağa hazırdır və “Xiaomi” məhsulları rəsmi olaraq demək olar ki, dünyanın bütün ölkələrində təqdim olunacaq. 
 
Cari ildə istehsalçı artıq Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Yunanıstan bazarlarında yer alıb. 2018-ci ildə Qərbi Avropa və Filippin bazarlarına çıxmaq nəzərdə tutulur. 
 
“Xiaomi” belə bir qərara gəlib ki, digər brendlər, xüsusilə də “Oppo” və “Viva” ilə rəqabət aparmaq üçün inkişaf etmiş pərakəndə satış şəbəkəsinə ehtiyac var. Bunun üçün yeni smartfonlar xətti istehsal ediləcək ki, o da yalnız onların pərakəndə satışı üçün nəzərdə tutulub.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018