Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda 100 milyon manatlıq kompüter və elektron məhsulları istehsal olunub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 100,2 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 84,2 faiz artıb. 

Altı ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 22,3 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 29,0 faiz artıb.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017