Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin "WhatsApp"ı blokladı

Çin hökuməti "WhatsApp" messencerini qismən bloklayıb. İKT.lent.az-ın "The New York Times"a istinadən xəbərinə görə, istifadəçilər bir-birinə foto və video, bəzən isə  göndərə bilmirlər.

 

Nəşr yazır ki, bloklanmanın təşəbbüskarı ölkə hökuməti olub. Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər xəbəri təsdiqləyiblər. Onların dediyinə görə, bu, dövlət internet filtrlərinin fəaliyyəti nəticəsində yaranıb.

 

"WhatsApp" nümayəndəsi məsələyə şərh verməkdən imtina edib.

 

Qeyd edək ki, Çin sosial şəbəkələrə qısqanc münasibəti ilə seçilən ölkələrdəndir. "Google", "Flickr", "Dropbox", "Facebook", "Twitter", "YouTube" və qismən "Vikipediya" Çində bloklanıb. Vətəndaşlar bunların Çin analoqundan istifadə edir.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017