Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada ilin ən yaxşı smartfonları məlum oldu

Rusiyanın Keyfiyyət Sistemi (“Roskaçestvo”) İstehlak sınaqları və məhsulun keyfiyyətinin araşdırılması üzrə Beynəlxalq Assosiasiya ilə birgə Rusiyada satılan 300 müxtəlif smartfon modeli arasında sınaqlar keçirib. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, sınaqların nəticələrinə əsasən, Cənubi Koreyanın “Samsung” brendinin smartfonları bazarın ən yaxşı cihazı adlandırılıb. Birinci və üçüncü yerlərdə “Galaxy S8” və “Galaxy S9 Plus” flaqmanları qərarlaşıblar. 

“Apple”in “iPhone 6 Plus” və və “iPhone 6” flaqman smartfonları 7-8-ci yerləri tutublar. Yeni “iPhone 7 Plus” smartfonu isə yalnız 15-ci sırada yerləşib. 

Reytinq tərtib edilərkən cihazın dözümlülüyü, səsinin keyfiyyəti və videonun səslənməsi, məlumatların emal olunması sürəti, keyfiyyəti və sair parametrləri nəzərə alınıb.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017