Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2019-cu ildə iki kameralı smartfonlar bazarın yarısını tutacaq

“Digitimes Research” analitik şirkətinin mütəxəssisləri proqnozlaşdırır ki, 2017-ci ildən 2018-ci ilə qədər dünya bazarında əsas kamerası ikili modulla olan cihazların payı 16 faizdən 30 faizə qədər artacaq. 
 
İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, 2019-cu ildə isə bu rəqəm 50 faizə qədər çata bilər. 

Artıq indidən bir çox dünya istehsalçıları iki kameralı smartfonlar istehsal edirlər. Analitiklər “Largan Precision” və “Genius Electronic Optical”, Çinin “Sunny Optical Technology” və Yaponiyanın “Kantatsu” şirkətlərini bu sahədə lider istehsalçı hesab edirlər. 
 
Qeyd edək ki, bu gün iki kameralıların maya dəyəri adilərdən bir qədər yüksəkdir. Bunun üçün də belə smartfonlar bazarda baha qiymətədir.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017