Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”in təqdimatı təxirə salındı

“Apple” şirkəti tərəfindən sentyabr ayında təqdim edilməsi nəzərdə tutulan “iPhone 8” smartfonunun təqdimatı təxirə salınıb.

 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, mütəxəssislər yeni “iPhone”nin oktyabr ayına qədər təxirə salındığını bildiriblər.

 

“Apple” şirkətinə yaxın tərtibatçılar bildiriblər ki, bu müddət cihazın daha da modernləşdirilməsi üçün lazım olub.

Çox güman ki, “Iphone Decade Edition” adlanacaq yeni “iPhone 8” smartfonunun gecikməsi smartfonun displeyinə “Touch İD” sisteminin inteqrasiya edilməsində yaranan problemlə bağlıdır. 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017