Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un xalis mənfəəti 90%-ə yaxın artdı

“Samsung Electronics” şirkəti bu ilin 2-ci rübündə gəlir göstəricilərini rekord həddə qədər artıb.

 

İKT.lent az-ın xəbərinə görə, şirkət aprel-iyun aylarında xalis mənfəətinin 89% artaraq 11,05 trilyon Cənubi Koreya vonu (9,9 milyard dollar) təşkil etdiyini açıqlayıb. Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 5,85 trilyon von olmuşdu. Sonuncu dəfə rekord rüblük gəlir 4 il əvvəl əldə olunub və 8,14 trilyon von təşkil edib.

 

“Samsung Electronics”in əməliyyat gəliri 73% artaraq ötən ilin müvafiq dövründəki 8,14 trilyon vondan 14,07 trilyona, rüblük gəliri isə 19,7% artımla 50,94 trilyon vondan 61 trilyona yüklsəlib.

 

Gəlirlərin artması “Galaxy S8” smartfonlarının güclü satışı və “Samsung”un istehsal etdiyi yaddaş çiplərinin qiymətinin yüksəlməsi ilə əlaqədardır.

 

Beləliklə, bu göstəricilərlə “Samsung” ilk dəfə olaraq “Apple”ı ötərək ən yüksək gəlirli texnoloji şirkətə çevrilə bilər. “Apple”ın rüblük göstəriciləri avqustun 1-də açıqlanacaq.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017