Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Trampın geylər haqqında "tvit"i aranı qarışdırdı -

"Transseksuallara ABŞ ordusunda yer yoxdur".

 

APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

 

"Generallar və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra qərar belə oldu - ABŞ hökuməti hərbi sahədə heç bir vəzifədə transseksualın olmasına icazə verməyəcək. Ordumuz transseksualların səbəb olacağı böyük hərbi xərcləri düşünmək və qarışıqlıq əvəzinə, diqqətini sarsıdıcı qələbələrə yönəltməlidir".  

 

Keçmiş müdafiə naziri Eş Karter bu bəyanatı kəskin tənqid edib: "Hərbi təsnifata uymadan başqa xüsusiyyətləri nəzərə alaraq orduya hərbçilərin qəbulu sosial siyasətdir. Bu hal bizim hərbi qüvvələr üçün yolverilməzdir".

O, həmçinin bildirib ki, orduda layiqli və peşəkar transseksuallar var.

 

Sıravi Çelsi Menninq isə "Twitter" səhifəsində belə yazıb: "Belə çıxır ki, dünyanın ən böyük və varlı, F-35-ləri maliyyələşdirən ordusu bir neçə transseksuala görə şikayət edir? Bu qorxaqlıqdır".

Xatırladaq ki, Çelsi Menninq cinsini dəyişib. Onun əvvəlki adı Bredli idi. O, gizli sənədlərin "Wikileaks" saytına ötürülməsindən sonra məşhurlaşıb.

 

Məsələyə Britaniya ordusunun üzvləri də reaksiya verib. Cinsini dəyişən pilot Eyla Xoldom maraqlı şərhi ilə diqqət çəkib: "ABŞ ordusunda 2500-dən 7000-ə qədər cinsini dəyişmiş və işini mükəmməl yerinə yetirən hərbçi var. Amma qəfil onlara deyirlər ki, lazım deyilsiniz, onların xidməti dəyərləndirilmir. Bu, təkcə, yeni üzvlərin qarşısını almaq üçün atılan addım deyil. Mənim ABŞ silahlı qüvvələrində xidmət göstərmiş, yaxud indi xidmət edən dostlarım çoxdur. Onların nə hiss etdiyini təsəvvür etmək çətindir".  

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017