Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”dən Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif: bir il pulsuz danışıq! -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, ötən həftə Cocuq Mərcanlıya səfər edən "Bakcell" əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli "Bakcell" nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər "Bakcell" nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.

 

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Azərbaycan prezidenti tərəfindən I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də "Bakcell" tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

 

Xatırladaq ki, bu ilin may ayında "Bakcell" şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün "Bakcell" burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

 

"Bakcell" bundan sonra da Azərbaycanın bütün ərazisində üstün müştəri təcrübəsi təmin etmək üçün səylərini davam etdirəcək.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017