Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən ucuz çərçivəsiz smartfon gələn ay satışa çıxarılacaq

UMIDIGI şirkəti yazda təqdim etdiyi "Crystal" smartfonunu gələn ay satışa çıxaracaq.

 

İKT.lent.az-ın Vevby.ru-ya istinadən xəbərinə görə, ən ucuz çərçivəsiz smartfon avqustun 15-də piştaxtalarda olacaq.

 

"Crystal"ın qiyməti 100 dollar təşkil edəcək. Hələlik yalnız o məlumdur ki, şüşə korpusdan ibarət smartfonun iki modullu kamerası və "Sharp"ın istehsalı olan üç tərəfdən çərçivəsiz olan "Full HD" displeyi olacaq. Qacetin digər xüsusiyyətləri isə avqustun 7-də açıqlanacaq.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017