Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” 5G texnologiyasının sınaqlarına başlayacaq

ABŞ-ın “Apple” korporasiyası özünün hazırladığı 5G texnologiyasının sınaqlarına başlayacaq.

 

İKT.lent.az-ın “Engadget”ə istinadən verdiyi xəbərə görə, bunun üçün ABŞ-ın Rabitə üzrə federal dövlət komissiyasından icazə alınıb.

 

“Google”, “Facebook” və “Samsung” kimi iri şirkətlər də özlərinin 5G texnologiyalarını test edirlər. İlk şəbəkələr 2019-2020-ci illərdə ortaya çıxmalıdır.  “AT&T и Verizon”un da 5G şəbəkəsi yaratmaq cəhdləri məlumdur.

 

“Apple”ın şəbəkəsi digərlərindən fərqlənəcək, çünki şirkət dalğaların uzunluğunu kiçiltmək, tezliyini isə artırmaq fikrindədir. Test üçün ilk meydançaların gələn ilin avqustuna qədər şirkətin Kaliforniyadakı ofisinin yanında yaradılacağı bildirilir.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017