Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ alimləri: Merkuridə həyatın olması mümkün deyil

ABŞ alimləri Merkuri planetində həyatın mümkün olmadığını bəyan ediblər.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, onlar əvəlki tədqiqatların gəldiyi qənaətləri qətiyyətlə təkzib edərək, Merkuridə yaşayışın hətta nəzəri baxımdan belə mümkünsüz olduğunu bildiriblər.

 

Tədqiqatlar nəticəsində məlum olub ki, Merkuri Günəş sistemində ən kiçik planetdir. Eyni zamanda o, Günəş ətrafında digər planetlərdən daha tez fırlanır. Merkuridə bir il insanın bir sutkasına bərabərdir. Çox sürətlə fırlandığı üçün planet tam isinə də bilmir. Ona görə də Merkurinin bir tərəfində dözülməz isti, digər tərəfində isə daimi şaxta olur.

 

Doğrudur, Merkuridə su var. Amma bu, həyat üçün kifayət etmir. Çünki planetin yuxarı hissəsində tez-tez güclü maqnit tornadoları, temperaturun kəskin dəyişməsi baş verir. 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017