Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yaponiyada ilk özəl raketin buraxılışı uğursuz oldu

Yaponiyanın "Interstellar Technologies Inc." şirkəti ilk özəl raketin buraxılışını həyata keçirib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, lakin buraxılış uğursuz olub.

 

"MOMO-1" Yaponiya Aerokosmik Agentliyinin (JAXA) deyil, özəl müəssisənin layihələndirib buraxdığı ilk raket olub. Buraxılışdan az sonra operatorlara qurğunun uçuşu barədə məlumatlar gəlməyib. Ehtimala görə, "MOMO-1" sahildən 10 km aralıda Sakit okeana düşüb. 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017