Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Play” yükləmələrin sayına görə “App Store”u 2 dəfə üstələyir

2017-ci ilin ikinci rübündə "Google Play" əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötüb ki, bu da "App Store" əlavələr mağazasından 135 faiz çoxdur.

 

İKT.lent.az-ın "Macdigger"ə istinadən xəbərinə görə, "App Annie" şirkətinin apardığı tədqiqatın nəticələrində belə deyilir.

 

Bununla belə, "App Store" ən gəlirli əlavələr mağazası olmaqda davam edir və bu göstərici üzrə "Google Play"i 95 faiz üstələyir.

 

Analitiklər "Google Play" mağazasının uğurunu Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda smartfonların sayının artması ilə izah edirlər. Sonuncu artıq yükləmələrin sayına görə ABŞ-ı geridə qoyub.

 

Qeyd olunur ki, "App Store" ən gəlirli mağaza adını "iOS" sisteminin qapalılığı və ödəniş qabiliyyətinə malik çoxsaylı istifadəçilər sayəsində stabil saxlayır.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017