Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy Note 8”in bəzi özəllikləri məlum oldu

İstehsala hazırlanan “Samsung Galaxy Note 8” smartfonunun bəzi xüsusiyyətləri məlum olub.

 

İKT.lent.az-ın “Phone Arena”ya istinadən verdiyi xəbərə görə, istehsalçı şirkət smartfonun kamerasının malik olduğu İSOCELL Dual texnologiyası barədə bəzi məlumatları açıqlayıb. Kamera “Super Zoom” funksiyalı və 5 qat optik artırmalı ikili sensordan ibarətdir. İkili kamera sayəsində sensor işığı daha çox uda bilir və zəif işıqlandırmada keyfiyyətli fotolar çəkir.  

 

Smartfonun “Exynos 8895 SoC” və “Snapdragon 835” prosessoru ilə təchiz olunacağı gözlənilir. Dizayn baxımından “Note 8”in “Galaxy S8”ə çox bənzəyəcəyi deyilir. Fərqlər cüzi olacaq.

 

“Galaxy Note 8”in rəsmi təqdimatı gələn ay gözlənilir. Satışlara avqustun 25-dən başlanacaq.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018