Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Havayda küçəni keçərkən telefondan istifadə qadağan edildi

Honolulu ABŞ-da piyadaları küçəni keçərkən telefona baxmaq, ismarıc yazmaq və ya rəqəmsal cihazlardan istifadə etməkdən qadağan edən ilk böyük şəhər olub.

 

İKT.lent.az-ın BBC-yə istinadən xəbərinə görə, Havay ştatının ən böyük şəhərində oktyabr ayında qüvvəyə minməsi nəzərdə tutulan qanunun məqsədi "diqqəti yayınmış" piyadaların ölüm və xəsarət hallarını azaltmaqdır.

 

Noutbuk və rəqəmsal kameralar daxil olmaqla, bir sıra müasir cihazlardan baxaraq yolu keçən və qanunu ilk dəfə pozanlara 15-35 dollar arasında cərimə nəzərdə tutulub. Qanun təcili yardım xidmətlərinə zəng edərək yolu keçənlərə qarşı tətbiq olmayacaq.

 

"Diqqəti Yayınmış Şəkildə Gəzmək" adlı qanun layihəsi Honolulu şəhər icra şurası tərəfindən qəbul edildikdən sonra mer Kirk Caldwell tərəfindən imzalanıb.

 

Qanunda deyilir ki, "heç bir piyada mobil elektronik cihaza baxarkən maşın və ya marşrut yolunu keçə bilməz". Qanunu yenidən pozanları 99 dollara qədər cərimə gözləyə bilər. Yeni qanun bəzi sakinlərin etirazlarına səbəb olub.

 

"Biz təəssüf ki, ölkədə böyük şəhərlər arasında yol keçidlərində piyadaların, xüsusilə də yaşlıların ən çox vurulduğu şəhər olaraq fərqlənirik", - deyə Caldwell "Reuters"ə bildirib: "Mən bəzən qəbul etməyə ehtiyacımız olmadığı qanunların olmasını istəyirəm ki, bəlkə məntiqli düşüncə üstünlük qazanar, lakin bəzən bizdə məntiq çatışmır".

 

Rəsmi məlumata görə, ABŞ-da 2000 və 2011-ci illər arasında 11 100 nəfər yol keçərkən mobil telefona görə diqqəti yayınması səbəbilə xəsarət alıb.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017