Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Böyük birləşmə: “Discovery” “Scripps”ı aldı - 14,6 MİLYARDA!

“Discovery Channel”, “Eurosport”, “Animal Planet” kimi xüsusiləşmiş televiziya kanallarının daxil olduğu “Discovery Communications” öz şəbəkəsini genişləndirib.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət “Scripps Networks” media qrupunu 14,6 milyard dollara satın aldığını açıqlayıb. Satınalma prosedurunun 2018-ci ilin ilk aylarında tamamlanması gözlənilir.  

 

“Scripps Networks” ötən il 3 milyard dollar civarıdna gəlir əldə edib. Şirkətin borcu isə 2,7 milyard dollardır. Qrupun tərkibində “Travel Channel”, “Food Network”, DIY, “Cooking Channel”, TVN kimi kanallar var.

 

İki media qrupu birləşdikdən sonra təkcə ABŞ daxilində pullu kanallar arasında izləyici auditoriyasını 20%-ə yüksələcək. Birləşmə nəticəsində qadınların ən çox izlədiyi 5 kanal da eyni qrupda toplanmış olub.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017