Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “Taxt oyunları”nın ssenarisini ələ keçirdi

Hakerlər HBO telekanalına müdaxilə edərək məşhur “Taxt oyunları” (“Game of thrones”) seriyalının 7-ci mövsümünün 4-cü seriyasının ssenarisini ələ keçiriblər. Bu bölüm hələlik efirə çıxmayıb.    

 

İKT.lent.az-ın “Entertainment Weekly” saytına istinadən verdiyi xəbərə görə, ssenaridən başqa, hakerlər “Futbolçular” və “104-cü otaq” seriallarının bir neçə epizodunu da oğurlayıb.  

 

HBO haker hücumunu təsdiqləsə də, konkret nələrin oğurlandığını açıqlamayıb: “Bu yaxınlarda biz haker hücumu yaşadıq və bu, konfidensial informasiyanın açılmasına gətirib çıxardı. Biz dərhal hadisənin təhqiqatına başlamışıq. Məlumatların müdafiəsi bizim prioritet vəzifəmizdir və biz buna ciddi yanaşırıq”.

 

Hakerlər isə 1,5 terabayt material ələ keçirdiklərini bildiriblər.  

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017