Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İnnovativ iqtisadiyyat reytinqində Rusiyaya şok!

Rusiya iqtisadiyyatı innovasiya səviyyəsinə görə 100 mümkün baldan cəmi 12 bal toplayaraq 35 ölkə arasında 27-ci olub.

 

İKT.lent.az-ın xəbərinə görə, bu məsələ Almaniya Elmlər Akademiyasının ölkənin digər elmi-tədqiqat mərkəzləri ilə birlikdə hazırladığı reytinq cədvəlində əksini tapıb. “İnnovasiyalar indikatoru” adlı reytinq 2000-ci ildən tərtib olunur və o zaman Rusiya siyahıda 22-ci yeri tutub. İllər keçdikcə Rusiya geriləməyə başlayıb.

 

İnnovasiya səviyyəsi reytinqi 5 tematik qrup üzrə müəyyənləşdirilir: iqtisadiyyat, təhsil, elm, dövlət və cəmiyyət. Bunlarla yanaşı, rəqəmsal iqtisadiyyatın səviyyəsi də nəzərdən keçirilir. Rusiya elm və cəmiyyət qrupları üzrə 0 bal alıb.   

 

Reytinqin lideri uzun illərdir ki, İsveçrədir. Bu dəfə İsveçrə 75 bal toplayıb. Çin 19 balla Hindistanla 25-ci, 26-cı yerləri bölüşdürür. Son sırada Cənubi Afrika Respublikasıdır.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017