Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Chrome”un yeni versiyası reklamları bloklayacaq

“Google”un tərtibatçıları “Chrome” brauzerinin mobil versiyasına reklamların blok edilməsi funksiyasını əlavə edib.

 

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, yeni funksiya ayrı-ayrı reklam növlərini, xüsusən bezdirici reklamları bloklayacaq.

 

Artıq funksiya brauzerin test versiyasında tətbiq olunur.

 

Yeni funksiyanın yaradılması istifadəçilərin internetdə reklam bloklayıcı vasitələrə getdikcə daha çox üstünlük verməsi ilə əlaqədardır. Belə ki, ötən il 10% istifadəçi bu cür vasitələrdən yararlandığı halda, bu il bu göstərici 3 dəfə artıb. Mobil istifadəçilər reklamlardan daha çox narazılıq edir.  

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017