Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan proqram yaradıldı

“Disney” şirkəti kinoteatrlara gələn tamaşaçıların emosiyalarını qeydə almaq üçün xüsusi proqram təminatı işləyib hazırlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət bu məqsədlə 4 xüsusi kameradan, eləcə də sifət və emosiyaları tanıyan funksiyadan yararlanacaq. Bunlar seansın başlamasından sonra bir neçə dəqiqə ərzində tamaşaçıların reaksiyasını qeydə alacaq. Bu material insanların filmin süjet xəttinə uyğun hisslər keçirib-keçirmədiyini müəyyənləşdirməyə imkan verəcək. Alqoritmlər təbəssüm, gülüş, nəfəsalma, hətta qəmli sifəti tanımağa qadirdir.

 

Layihə artıq 150 kino zalında 3 min tamaşaçı üzərində sınaqdan çıxarılıb. Ümumilikdə kameralar 16 milyon emosiyanı tutub.  

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018