Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp “Facebook”da öz kanalını yaratdı

 

ABŞ prezidenti Donald Tramp “Facebook” sosial şəbəkəsində özünün “real xəbərlər” kanalını yaradıb.

 

İKT.lent.az-ın “BuzzFeed”ə istinadən verdiyi xəbərə görə, Tramp bu yolla uzun müddətdir şikayət etdiyi “fake” (yalan) xəbərlərə qarşı mübarizə aparmaq niyyəti güdür. Kanalın aparıcısı onun gəlini Laradır.

 

Kanalda ilk material iyulun 20-də nümayiş etdirilib. Videoda Lara prezidentin 23 milyon abunəçisinə müraciət edərək onları hər həftə kanalda yayımlanacaq xəbərləri izləməyə çağırıb: “Biz sizə yalnız faktları təqdim edəcəyik, xəbərləri izləyin”.  

 

Lara Tramp daha əvvəl “Inside Edition” teleproqramının prodüseri olub və Trampın seçki kampaniyasına dəstək verib.

 

Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası dövründə ABŞ-ın ənənəvi mediasına qarşı mübarizəyə başlayıb və sosial mediaya daha çox üstünlük verib.   

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017