Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” ilk dəfə olaraq “Apple”ı geridə qoydu

Cənubi Koreyanın “Samsung” şirkəti ilk dəfə olaraq rüblük gəlir sahəsində ABŞ-ın “Apple” korporasiyasını ötüb.

 

İKT.lent.az-ın xəbərinə görə, aprel-iyun aylarında “Samsung”un xalis mənfəəti 89% artaraq 11,05 trilyon Cənubi Koreya vonu (9,9 milyard ABŞ dolları) təşkil edib. Gəlirlərin artması “Galaxy S8” smartfonlarının güclü satışı və “Samsung”un istehsal etdiyi yaddaş çiplərinin qiymətinin yüksəlməsi ilə əlaqədardır.

 

“Apple” isə aprel-iyun dönəmində gəlirini və xalis mənfəətini artırsa da, “Samsung”un gerisində qalıb. Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Xalis mənfəət ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatıb.

 

Beləliklə, 9,9 milyard dollarlıq xalis mənfəəti ilə "Samsung" bu sahədə 1-ci olub.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017