Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bitcoin cash” 1 sutkaya populyarlaşdı

Yeni istifadəyə verilmiş “bitcoin cash” kriptovalyutası 1 sutkadan az müddətdə bazar dəyərinə görə bu sahədə 3-cü sıraya yüksəlib.

 

İKT.lent.az-ın xəbərinə görə, avqustun 2-də bu kriptovalyutanın bazar dəyəri 7,732 milyard dollar təşkil edib. “bitcoin cash” dəmir pulunun qiyməti 469,16 dollar olub.

 

Bu sahədə ilk sırada “ənənəvi” bitkoindir və onun bazar dəyəri 44,6 milyard dollar təşkil edir. İkinci yeri 21 milyardlıq dəyəri ilə “ethereum” tutur. Son günlərə qədər 3-cü sırada olan “ripple” 6,7 milyardlıq dəyəri ilə 4-cü sıraya geriləyib.

 

Qeyd edək ki, “bitcoin cash” avqustun 1-də “bitcoin”dən ayrılıb.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018