Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” jurnalistlər üçün növbəti seminar təşkil etdi -

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

“Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün “Bakcell” şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 mətbuat nümayəndəsinin iştirakı ilə “Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, - deyə “Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib. 

 

Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.

 

“Bakcell”in hesab ötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsinin xidmətin təşkili prosesi ilə tanış olublar.  

 

Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş “Bakcell”in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və “Bakcell”in Applab proqramı, məhsulun inkişafı üzrə menecer Şamil Həsənov isə şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar ediblər.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017