Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”da yeni fırıldaq - EHTİYATLI OLUN!

Fırıldaqçılar “WhatsApp”da istifadəçilərə abunəni uzatmaq barədə saxta tələb göndərməyə başlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, naməlum şəxslər özlərini messenerin əməkdaşı kimi təqdim edərək insanlardan öz ödəniş məlumatlarını daxil etməyi tələb edirlər, əks halda isə onların “WhatsApp”a girişini məhdudlaşdıracaqlarını bildirirlər.

 

Ödəniş etmək üçün fişinq istinadlara keçmək və fırıldaq məqsədilə yaradılmış saytda bank kartlarının məlumatlarını daxil etmək istənilir. Bundan sonra fırıldaqçılar qurbanların hesabından pul çıxarır.    

 

Qeyd edək ki, “WhatsApp” həqiqətən messencerdən pullu istifadə modelindən istifadə edib. Lakin 2016-cı ilin yanvarında bundan imtina edib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017