Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq seçkiyə hazırlaşır?

“Facebook”un yaradıcısı Mark Zukerberq Hillari Klintonun seçki kampaniyasının baş strateqi olmuş Coel Benensonu özünə məsləhətçi təyin edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.   

 

C. Benenson ictimai rəy üzrə (PR) mütəxəssisdir. O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşavirlərindən biri olub. C. Benensonun şirkəti “Chan Zuckerberg Initiative” xeyriyyə fondu üçün tədqiqatlar aparacaq.

 

Lakin bu təyinatı M. Zukerberqin prezident seçkilərinə hazırlığı kimi qiymətləndirənlər də olub. Bir müddətdir “Facebook” rəhbərinin ABŞ-dakı növbəti prezident seçkilərində demokratların namizədi ola biləcəyi barədə iddialar dolaşır.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017