Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rus kiberfırıldaqçıya ABŞ-da ağır cəza - 46 İL

ABŞ-da kiberfırıldaqçılıqda ittiham olunan rusiyalı Maksim Senax 46 il azadlıqdan məhrum edilib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, M. Senax dünya üzrə on minlərlə kompüterdə zərərli proqram quraşdıraraq milyonlarla dollar pul oğurlamaq istəyən cinayətkar qruplaşmanın üzvü olub.

 

“Müttəhim və onunla əlbir olanlar ABŞ-da və bütün dünyada virusa yoluxdurulmuş minlərlə kompüteri öz şəxsi bankomatları kimi istifadə etməyə cəhd göstərib”, - deyə ABŞ ədliyyə nazirinin-baş prokurorunun köməkçisi səlahiyyətlərinin icraçısı Kennet Blanko söyləyib.   

 

Qeyd edək ki, M. Senax 2016-cı ildə ABŞ-ın sorğusu əsasında Finlandiyada saxlanılıb. O, daha sonra ABŞ-a ekstradisiya edilib. M. Senax ABŞ-ın Minnesota ştatındakı serverlərdə zərərli virus proqramı yaymaqda ittiham olunub.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017