Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WannaCry” virusunun “qatili” ABŞ-da yaxalandı

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları Nevada ştatında britaniyalı kompüter mütəxəssisi Markus Hatçinsi həbs edib.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, M. Hatçins hakerlərin konfransına qatılmaq üçün getdiyi Las Veqasda saxlanılıb. Həbs Viskonsin ştatı dairə məhkəməsinin qərarı ilə həyata keçirilib.

 

Hatçins ABŞ-da “Kronos” virusunu yaymaqda ittiham olunur. Bu virusun köməyi ilə 2014-2015-ci illərdə bank kartlarından pullar oğurlanıb. Lakin Hatçins Avropada “WannaCry” virusunun neytrallaşdırılmasındakı xidmətləri ilə tanınır. Bu virus 150 ölkə üzrə yüz minlərlə kompüteri yoluxdurub. Virus kompüterləri blok edərək məlumatları qaytarmağın əvəzində pul tələb edib. “Malware Tech” niki ilə tanınan 22 yaşlı Hatçins virusun kodunda səhv tapıb və beləliklə, onu zərərsizləşdirib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017