Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla”nın yeni modelində “gizli” kamera aşkarlandı

Yeni “Tesla Model 3” elektromobilində sürücünü müşahidə etmək üçün kamera quraşdırıldığı məlum olub. 

 

İKT.lent.az-ın “SlashGear” saytına istinadən verdiyi xəbərə görə, kameranın modulu salon güzgüsünün üzərindəki blokda yerləşdirilib.  

 

İstehsalçı avtomobilin təqdimatında bu barədə danışmayıb. Kameranı testerlər və avtomobilin ilk sahibləri aşkarlayıb. Kamera avtopilot rejimində hərəkət edərkən sürücüyə nəzarət etmək üçün nəzərdə tutulub. Sürücünün başının vəziyyətindən və üz ifadəsindən asılı olmayaraq, sistem onun avtomobilin idarəolunması prosesinə cəlbolunma dərəcəsini analiz edir. Əgər sürücü uzun müddət idarəetmədən yayınsa, avtopilot ona xəbərdarlıq edə və ya avtomobilin hərəkətini dayandıra bilər.

 

Kameranın imkanları bununla məhdudlaşmır. O, bütün salona da nəzarət edə bilir. Hələlik kamera aktiv deyil. Onu avtomobil üçün proqram təminatı yenilənməsi istifadəyə verildikdən sonra aktivləşdirəcəklər.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017